Ağcabədidə mağazanın seyfindən 1856 manat pul oğurlanıb

Ağcabədidə mağazanın seyfindən 1856 manat pul oğurlanıb Ağcabədi rayonunda mağazanın seyfindən 1856 manat pul oğurlanıb.
Hadisə
10 Sentyabr , 2019 11:59
Ağcabədidə mağazanın seyfindən 1856 manat pul oğurlanıb

Ağcabədi rayonunda mağazanın seyfindən 1856 manat pul oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. 

Mağaza sahibi oradakı seyfdən 1856 manat pulun oğurlandığını qeyd edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini D.Abışov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi