Yuxarı

Ağcabədidə mağazadan oğurluq edilib

​Ağcabədidə mağazadan oğurluq edilib

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Orxan Rzayev ona məxsus mağazadan naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurluq edildiyini bildirib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluq hadisəsini Xəyal Qurbanov edib.

O, ilkin ifadəsində törətdiyi əməli etiraf edərək mağazadan gecə saatlarında siqaret və digər əşyalar oğurladığını bildirib. X. Qurbanov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi