Ağcabədidə mağazadan oğurluq edən gənclər tutulub - FOTO

Ağcabədidə mağazadan oğurluq edən gənclər tutulub - FOTO Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır
Hadisə
1 Fevral , 2016 17:24
Ağcabədidə mağazadan oğurluq edən gənclər tutulub - FOTO

Bakı. 1 fevral. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib. 

"Report"un məlumatına görə, naməlum şəxslər rayonun Xəlfələddin küçəsində yerləşən Elvin Hüseynzadəyə məxsus ərzaq mağazasından pul, siqaret, ərzaq məhsulları və digər əşyalar oğurlayıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 18 yaşlı Nicat Mehdiyev və 17 yaşlı Sabir Səfərzadə saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq gecə saatlarında həmin mağazanın qapı və pəncərəsini dəmir parçası ilə sındıraraq içəri daxil olublar. Onlar qarət etdikləri malları yarı bölərək yaşadıqları evdə gizlədiblər.

Oğurlanmış əşyaların müəyyən qismi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi