Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
23 Oktyabr , 2021 11:57
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisindəki inşaat və tikinti mallarının satışı mağazasında karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Aşkarlanan qayda pozuntusu ilə əlaqədar obyektə cavabdeh şəxs olan S.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi