Ağcabədidə kafedən oğurluq edilib - FOTO

Ağcabədidə kafedən oğurluq edilib - FOTO Ağcabədi rayonunda kafedə oğurluq olub.
Hadisə
26 İyul , 2019 11:47
Ağcabədidə kafedən oğurluq edilib - FOTO

Ağcabədi rayonunda kafedə oğurluq olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən kafelərin birində baş verib. 

Zərərçəkən Rza Şirinov Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, axşam saatlarında icarəyə götürdüyü kafenin qapısı sındırılaraq oradan naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib.

Kafedən televizor, samovar və digər əşyalar aparılıb.

Ağcabədi RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1985-ci il təvəllüdlü Ağa Sərdar oğlu Mammedov saxlanılıb. 

İlkin dindirilmə zamanı A.Mammedov törətdiyi hadisəni etiraf edərək oğurladığı əşyaları satmaqla pul əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi