Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var Ağcabədi rayonu ərazisində ağır yol qəzası baş verib.
Hadisə
2 Dekabr , 2019 08:40
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var

Ağcabədi rayonu ərazisində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu yaralanıb.

Yaralı əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası yerləşdirilib, daha sonra müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtda yerləşən xəstəxanaların birinə göndərilib.

Müayinə zamanı ona bud sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.

Ağcabədi polisi hadisənin təfərrüatını araşdırır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi