Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var Ağcabədi rayonunda yol qəzası olub
Hadisə
16 Fevral , 2021 14:56
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var

Ağcabədi rayonunda yol qəzası olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda “Mitsubishi” və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mitsubishi" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi