Ağcabədi sakini öldürülüb - YENİLƏNİB

Ağcabədi sakini öldürülüb - YENİLƏNİB Ağcabədi rayonunda baş verən qətli törədən şəxsin adı və hadisənin təfərrüatları məlum olub.
Hadisə
7 Noyabr , 2019 21:17
Ağcabədi sakini öldürülüb - YENİLƏNİB

Ağcabədi rayonunda baş verən qətli törədən şəxsin adı və hadisənin təfərrüatları məlum olub. 

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisəni törədən şəxs rayon sakini Cavid Quliyev olub. O, doğum günü münasibəti ilə özünə məclis təşkil edibb. Həmin məclisdə yaxın dostu olan Kərim Sultanov da iştirak edib. Hər iki şəxsin alkoqollu işki qəbul etdiyi bildirilir. C.Quliyevlə doğum günü məclisində yaxın dostu Kərim Sultanov arasında mübahisə düşüb. Sonradan mübahisə tərəflər arasında davaya çevrilib. Daha sonra münaqişə zəmnində C.Quliyev K.Sultanova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib, özü isə hadisə yerindən qaçıb.

C.Quliyevin axtarışları davam etdirilir. 


*** 20:03


Ağcabədi rayonun baş verən hadisə zamanı qətlə yetirilən şəxsin adı məlum olub. 

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Kərim Sultanov şəxsiyyəti açıqlanmayan şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan K.Sultanov Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağcabədi rayon şöbəsinə yerləşdirilib. 

Hadisə törədən şəxsin axtarışlarına başlanılıb, araşdırmalar davam etdirilir. 


*** 19:23

Ağcabədi rayon sakini bıçalanaraq qətlə yetirilib. 

"Report"un yerli bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan iki nəfər arasında mübahisə yaranıb. Mübahisə zəmnində tərəflərdən biri digərinə bir neçə dəfə bıçaq zərbəsi vurduqdan sonra qaçaraq oradan uzaqlaşıb. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Həkimlər bıçaqlnana şəxsin öldüyün müəyyən ediblər. Üzərində heç bir sənədi olmayan şəxsin kimliyini müəyyən etmək olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi