Ağcabədidə evdən qızıl və gümüş əşyaları oğurlayan qadın tutulub

Ağcabədidə evdən qızıl və gümüş əşyaları oğurlayan qadın tutulub Ağcabədi rayonunda oğurluqla məşğul olan qadın tutulub.
Hadisə
28 Mart , 2019 18:28
Ağcabədidə evdən qızıl və gümüş əşyaları oğurlayan qadın tutulub

Ağcabədi rayonunda oğurluqla məşğul olan qadın tutulub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə tutulmuş Zərifə İbrahimovanın ətrafında aparılmış istintaq tədbirləri ilə onun martın 18-də rayon ərazisindəki evlərin birindən 410 manat dəyərində qızıl və gümüş əşyalar oğurlaması müəyyən edilib. Törətdiyi oğurluq hadisəsini etiraf edən qadın gümüş və qızıl-zinət əşyalarını bazarda dəyərindən aşağı qiymətə satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi