Ağcabədidə əl qumbarası, Ağstafada aviabombalar aşkarlandı

Ağcabədidə əl qumbarası, Ağstafada aviabombalar aşkarlandı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbara
Hadisə
697
7 Yanvar , 2021 03:47
Ağcabədidə əl qumbarası, Ağstafada aviabombalar aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi və Ağstafa rayon Polis Şöbələrinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisində 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisində 6 ədəd aviabomba (P-50) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və aviabombanın ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi