Ağcabədidə çayxana yanıb

Ağcabədidə çayxana yanıb Yanğın saat 00:47-də söndürülüb
Hadisə
29 Fevral , 2016 08:55
Ağcabədidə çayxana yanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan çayxananın tavanı 30 kv.m sahədə və 2 ədəd soyuducu yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi