Ağcabədidə axtarışda olan şəxs saxlanılıb

Ağcabədidə axtarışda olan şəxs saxlanılıb Ağcabədidə axtarışda olan şəxs saxlanılıb.
Hadisə
22 Yanvar , 2020 09:44
Ağcabədidə axtarışda olan şəxs saxlanılıb

Ağcabədidə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

 Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) Allahşükür Məmmədov saxlanılıb. 

Davam etdirilən araşdırmalarla onun yaşadığı ünvana baxış keçirilib, evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi