Ağcabədi rayonunda baş verən yol qəzasında yanaraq ölən və xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonunun Avşar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21099" markalı avtomobildə yanaraq ölən şəxslər - rayon sakinləri 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdir.
Hadisə zamanı digər "VAZ-2107" markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcəbədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan O.Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
*** 10:32
Ağcabədi rayonunun Avşar kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub.
Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



