Ağcabədidə avtomobillə piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

Ağcabədidə avtomobillə piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb Ağcabədi. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
15 Oktyabr , 2018 15:16
Ağcabədidə avtomobillə piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
0 : 00
0 : 00

Ağcabədi. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə oktyabrın 14-də saat 19 radələrində rayon ərazisində qeydə alınıb. 

Belə ki, naməlum avtomobil yolu keçən Aşağı Avşar kənd sakini Əlvan Rüstəmov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Son xəbərlər

Orphus sistemi