Ağcabədi rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Bakir Tapdıqovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən çəkisi 1 kiloqram 464 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.