Ağcabədidə avtomobil qoyun sürüsünə girib, 10-dan çox xırdabuynuzlu tələf olub - FOTO

Ağcabədidə avtomobil qoyun sürüsünə girib, 10-dan çox xırdabuynuzlu tələf olub - FOTO Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Oktyabr , 2019 15:38
Ağcabədidə avtomobil qoyun sürüsünə girib, 10-dan çox xırdabuynuzlu tələf olub - FOTO

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Gələbədini kəndindən keçən hissəsində qeydə alınıb. 

Kənd sakinləri - Ələsgər Ələsgərov və Allahyar Həsənov sürünü avtomobil yolundan qarşı tərəfə keçirmək istəyərkən yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı minik avtomobili qoyun sürüsünə girib. Nəticədə 10-dan çox xırdabuynuzlu tələf olub, 11-i isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi