Ağcabədidə avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 4-ü yaralanıb - VİDEO - YENİLƏNİB-3

Ağcabədidə avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 4-ü yaralanıb - VİDEO - YENİLƏNİB-3 Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Dekabr , 2018 07:43
Ağcabədidə avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 4-ü yaralanıb - VİDEO - YENİLƏNİB-3
0 : 00
0 : 00

Ağcabədi. 18 dekabr. REPORT.AZ/ Dekabrın 16-sı Ağcabədi rayonunda baş vermiş yol qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti orta-ağır olaraq qalır.

Bu barədə "Report"un Qarabağ bürosuna Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, qəzada xəsarət alan rayon sakinləri - 1984-cü il təvəllüdlü İsmayılov Tural, 1991-ci il təvəllüdlü Abdullayeva Günay, 2015- ci il təvəllüdlü Abdullayeva İlknur və 1994-cu il təvəllüdlü Abdullayeva Gülnur xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurlar.

Həkimlərin sözlərinə görə, 24 yaşlı Gülnur Abdullayevanın vəziyyəti daha ağır olduğundan Bakı şəhərindən xüsusi həkim briqadasə cəlb olunub. Digər yaralıların da xəstəxana şəraitində müalicə və müayinəsi davam edir.

Ağcabədi rayonunda minik avtomobilinin ağaca çırpılması nəticəsində 3 nəfər ölüb, daha 4-ü isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.


***14:31

Video əlavə edilib.


*** 12:33

Ağcabədi rayonunda yol qəzası baş verib. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



*** 07:29

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Daha əvvəl rayonun Boyat kəndində ölüm və xəsarətlə nəticələnən digər yol qəzası da baş verib.

Son xəbərlər

Orphus sistemi