Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-2 Ağcabədi. 21 aprel. REPORT.AZ/ Ağcabədi rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
2329
21 Aprel , 2018 12:11
Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

Ağcabədi. 21 aprel. REPORT.AZ/ Ağcabədi rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.  

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Avşar kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzası zamanı avtomobilin sürücüsü ölüb.

Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi "Mutsubishi" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. 


***9:11

Ağcabədi. 21 aprel. REPORT.AZ/ Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, "Mutsubishi" markalı avtomobil idarəetmdən çıxaraq aşması nəticəsində hələlik adı məlum olmayan sürücü ölüb. 

Avtomobildə olan sərnişinlər - Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 


***7:49

Ağcabədi. 21 aprel. REPORT.AZ/ Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Mutsubishi" markalı avtomobil idarəetmdən çıxaraq aşıb. Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi