Ağcabədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb

Ağcabədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Hadisə
8 İyul , 2016 12:34
Ağcabədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb

Bakı. 8 iyul. REPORT.AZ/ Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdiriliblər. V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölüblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi