Ağcabədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və yaxın qohumu Həyat Məmmədova hadisə yerində ölüb. Digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
*** 1 mart 19:20
Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
"Report"un Qarabağ Mərkəzinin könüllülərinin verdiyi məlumata görə, hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxcanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.