Ağcabədidə ad günü məclisi təşkil edənlər cərimələndi

Ağcabədidə ad günü məclisi təşkil edənlər cərimələndi Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Hadisə
15 Mart , 2021 11:31
Ağcabədidə ad günü məclisi təşkil edənlər cərimələndi

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi təşkil edən şəxslər müəyyən edilib.

Obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Son xəbərlər

Orphus sistemi