Ağcabədidə 8 yaşlı uşağı avtomobil vurub

Ağcabədidə 8 yaşlı uşağı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Noyabr , 2017 19:31
Ağcabədidə 8 yaşlı uşağı avtomobil vurub
Report

Ağcabədi. 14 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, Ağdam rayonunun Əfətli kənd sakini, 2009-cu il təvəllüdlü Sadiq Əliyevi yolu keçmək istəyərkən maşın vurub. Yaralı əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, sonradan vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi