Ağcabədidə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Ağcabədidə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 31-də saat 23:19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 23:42-də Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Eldəniz Sadıqov küçəsində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
Hadisə
1 Sentyabr , 2018 03:12
Ağcabədidə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 31-də saat 23:19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 23:42-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Eldəniz Sadıqov küçəsində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

"Report" ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 8 ədəd partlamamış hərbi sursat (3 ədəd F-1 əl qumbarası və 5 ədəd UZRQM partladıcısı) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Son xəbərlər

Orphus sistemi