Bakı. 10 may. REPORT.AZ/ Dövlət Baytarlıq Xidməti Ağcabədi rayonunda reyd keçirib.
"Report"un məlumatına görə, reyd zamanı rayonun Aşağı Avşar kəndində 4 qanunsuz ətkəsmə məntəqəsi aşkar edilib.
Həmin sexlərdən birinin sahibi olan kənd sakini Şamil Məzahir oğlu Rüstəmova məxsus sexdə heyvan cəmdəkləri aşkar olunub. İki ədəd xırda buynuzlu heyvanın cəmdəyi ərazidən götürülərək yandırılma yolu ilə məhv edilib.
Qanunsuz sexlər Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən bağlanıb, həmin şəxslərə protokol və cərimələr tətbiq edilib.
