Ağcabədidə 4 metr uzunluğunda gürzə ilanı öldürülüb - FOTO

Ağcabədidə 4 metr uzunluğunda gürzə ilanı öldürülüb - FOTO İlan Taxtakörpü qəsəbəsindəki evlərdən birinin həyətində aşkar edilib
Hadisə
616
27 May , 2017 19:10
Ağcabədidə 4 metr uzunluğunda gürzə ilanı öldürülüb - FOTO
Report.az

Ağcabədi. 27 may. REPORT.AZ/ Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilan öldürüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı o həyətində əl ağacı ilə öldürüb.

Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi