Yuxarı
    Bağlamaq

    Ağcabədidə 17 baş xırda buynuzlu heyvan oğurlanıb - FOTO - VİDEO

    © Foto: "Report"

    Ağcabədi. 6 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.

    "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Avşar kəndində Elnur Bağırovun şəxsi təsərrüfatından oğurluq edilib.

    Naməlum şəxs və ya şəxslər gecə saatlarında tövləyə girərək, 17 baş xırda buynuzlu heyvanı aparıblar. Bununla da ona 3 min manata qədər maddi ziyan dəyib.

    E.Bağırov hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları oğurluq etmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

    Təsərrüfat sahibinin sözlərinə görə, bu, son bir ayda kənddə baş verən növbəti oğurluq hadisələrindən biridir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi