Ağcabədidə 10 ədəd partlamamış hərbi sursat aşkar olunub

Ağcabədidə 10 ədəd partlamamış hərbi sursat aşkar olunub Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində əl qumbarasının və patronların tapılması barədə məlumatlar daxil olub.
Hadisə
1 Sentyabr , 2018 19:54
Ağcabədidə 10 ədəd partlamamış hərbi sursat aşkar olunub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində əl qumbarasının və patronların tapılması barədə məlumatlar daxil olub.

“Report” xəbər verir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 10 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 9 ədəd patron) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi