Ağcabədi sakinlərindən narkotik və silah-sursat götürülüb

Ağcabədi sakinlərindən narkotik və silah-sursat götürülüb Ağcabədi rayon sakinlərindən narkotik və silah-sursat götürülüb.
Hadisə
23 Mart , 2019 13:23
Ağcabədi sakinlərindən narkotik və silah-sursat götürülüb

Ağcabədi rayon sakinlərindən narkotik və silah-sursat götürülüb.

"Report" DİN-in saytına istinadən xəbər verir ki, Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Babək Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq Amil Tapqdıqovun və Yaşar Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi