Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb

Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Hadisə
24 Sentyabr , 2021 11:35
Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb
Vüqar Xankişiyev və Firuz Həsənov

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərioğulları kəndində yaşayanlar Vüqar Xankişiyev və Firuz Həsənov saxlanılıb.

V.Xankişiyevin kənd ərazisindəki otlaq sahəsinə baxış keçirilən zaman orada gizlətdiyi 6 kiloqramdan artlq və F.Həsənovun evinin həyətyanı sahəsindən isə 145 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi