Ağcabədi sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb

Ağcabədi sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb Ağcabədi rayon sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb.
Hadisə
18 Noyabr , 2019 12:30
Ağcabədi sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb

Ağcabədi rayon sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb.

Bu barədə "Report"un Qarabağ bürosuna Ağcabədi Rayon Polis Şöbəsindən məlumat verilib.

Belə ki, noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi