Ağcabədi sakini kirayə qaldığı evdə özünü asıb

Ağcabədi sakini kirayə qaldığı evdə özünü asıb Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb
Hadisə
17 İyun , 2017 09:34
Ağcabədi sakini kirayə qaldığı evdə özünü asıb

Bakı. 17 iyun. REPORT.AZ/ Abşeron rayonunda 47 yaşlı kişi kirayə yaşadığı evdə özünü asıb.

"Report"un məlumatına görə, Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Əli Süleyman oğlu özünü iplə asaraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi