Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
4 Noyabr , 2021 10:04
Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Təzəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Hüseynov aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı həmkəndlisi, 1987-ci il təvəllüdlü Elşad Quliyevi qarın nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra D.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi