Ağcabədi rayonunda tövlə 20 baş heyvanla birgə yanıb - FOTO

Ağcabədi rayonunda tövlə 20 baş heyvanla birgə yanıb - FOTO 2000 ot bağlaması yanaraq kül olub
Hadisə
30 İyul , 2016 14:32
Ağcabədi rayonunda tövlə 20 baş heyvanla birgə yanıb - FOTO

Bakı. 30 iyul. REPORT.AZ/ Ağcabədi rayonunda tövlə heyvanlarla birgə yanıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində baş verib.

Kənd sakini Səttar İbrahimova məxsus ümumi sahəsi 586 kv metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 2000 ot bağlaması yanaraq kül olub.

Tövlənin içərisində 20 baş iri buynuzlu heyvanın yanmış cəsədi aşkar edilib. 5 baş iri buynuzlu heyvan isə yanıq xəsarətləri alıb. Ümumlikədə təsərrüfat sahibinə 70 min manata qədər maddi ziyan dəydiyi bildirilir.

Hadisəyə səbəb kimi elektrik xəttlərində qısaqapanma göstərilir. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi