Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışı olub

Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışı olub Hissə ən müasir yanğınsöndürmə və qəza-xilasetmə avtomobilləri ilə təmin edilib
Hadisə
154
14 May , 2015 15:47
Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışı olub

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub. Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunan binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Hissənin ərazisində 3 çıxışlı yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, 2 ədəd su anbarı, içməli su anbarı, avtoyuma və bir artezian quyusu inşa olunub. İnzibati binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend də təşkil edilib. Bundan başqa, inzibati binada dispetçer, tədris və istirahət otaqları, yeməkxana da var. Hissə ən müasir yanğınsöndürmə və qəza-xilasetmə avtomobilləri ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi