Ağcabədidə 25 yaşlı şəxs dəm qazından zəhərlənərək öldü

Ağcabədidə 25 yaşlı şəxs dəm qazından zəhərlənərək öldü Ağcabədi rayonunda ölüm hadisəsi baş verib.
Hadisə
25 Aprel , 2020 10:44
Ağcabədidə 25 yaşlı şəxs dəm qazından zəhərlənərək öldü

Ağcabədi rayonunda ölüm hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 24-də qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Cavid Əliyev kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi