Cəlilabad sakini qohumları tərəfindən döyülüb

Cəlilabad sakini qohumları tərəfindən döyülüb Cəlilabad. 12 yanvar. REPORT. AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.
Hadisə
12 Yanvar , 2019 21:55
Cəlilabad sakini qohumları tərəfindən döyülüb

Cəlilabad. 12 yanvar. REPORT. AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini, 1976-ci il təvəllüdlü Ağaməliyev Alxas Məhəmmədəli oğlu qohumları tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Abıyev Cəlal Səfəralı oğlu da bir neçə naməlum şəxs tərəfindən iti alətlə döyülüb.

Son xəbərlər

Orphus sistemi