Ağadadaş Ağayevin qohumu avtomobil qəzasında həlak olub

Ağadadaş Ağayevin qohumu avtomobil qəzasında həlak olub Xalq artistinə ağır itki üz verib
Hadisə
24 İyun , 2015 16:50
Ağadadaş Ağayevin qohumu avtomobil qəzasında həlak olub

Bakı. 24 iyun. REPORT.AZ/ Xalq artisti Ağadadaş Ağayevə ağır itki üz verib. "Report" xəbər verir ki, müğənninin bacısının həyat yoldaşı Üzeyir Məmmədov avtomobil qəzasında dünyasını dəyişib.

Hazırda Türkiyədə olduğunu deyən Ağadadaş Ağayev "Report"a açıqlamasında xəbəri təsdiqləyib: "Belə bir hadisə olub. Amma detalları barədə heç nə deyə bilmərəm, çünki mənim də ətraflı məlumatım yoxdur. İndi heç bir suala cavab verə bilmərəm". 

Son xəbərlər

Orphus sistemi