Şəki. 3 İyun. REPORT.AZ/ Şəki rayonunun Keşməli kənd sakini 1970-ci il təvəllüdlü Qızılgül Cabbar qızı Əliyeva həyətindəki mürəbbə hazırlamaq məqsədi ilə qoz ağacına çıxarkən ehtiyyatsızlıqdan yıxılıb.
"Report"un məlumatına görə, ağır bədən xəsarətləri alan Q.Əliyeva dərhal Şəki Rayon Mərkəzi Xətstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan xəstə Bakıdaki xəstəxanalardan birinə göndərilib.