Aeroport yolunda “Audi” piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Aeroport yolunda “Audi” piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib
Hadisə
20 İyun , 2017 10:41
Aeroport yolunda “Audi” piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

Bakı. 20 iyun. REPORT.AZ/ Aeroport yolunda piyadanı vuraraq öldürən sürücü müəyyənləşdirilib. "Report"un məlumatına görə, həmin şəxs Tarverdizadə Ziya Fərmayıl oğludur. O, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Z.Tarverdizadənin idarə etdiyi “Audi” markalı avtomobil isə "cərimə meydançası"na aparılıb.


*** saat 01:20

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Audi” markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.

Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi