Yuxarı
    Bağlamaq

    ​Aeroport yolunda iki maşın toqquşub, bir nəfər yaralanıb

    Hadisədən sonra sürücülər arasında mübahisə düşüb

    Bakı. 12 fevral. REPORT.AZ/ Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

    "Report" xəbər verir ki, şəhərdən üzü Mərdəkan istiqamətində hərəkət edən "Mercedes 190" markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edərək yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.

    Bu zaman nəqliyyat vasitəsi yolun sağ hissəsində hərəkətdə olan digər "Mercedes"in yoluna çıxıb və qəza baş verib. Zərbənin təsirindən hər iki avtomobil yol kənarındakı dəmir səkiyə çırpılıb. Daha sonra nəqliyyat vasitələri yanacaqdoldurma məntəqəsinin ərazisindəki reklam lövhəsinə zərər yetirib.

    Qəza nəticəsində sərnişin Lalə Orucova xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisədən sonra sürücülər arasında mübahisə düşüb. Onlar polis əməkdaşları tərəfindən sakitləşdirilıb.

    Daha sonra qəzaya səbəb olan maşının sürücüsü hadisə yerindən qaçmaq istəyərkən polislər buna imkan verməyiblər.

    Sürücülər sərxoşluq müayinəsindən keçirilmələri üçün tibb məntəqəsinə aparılıb. Sürücülərin izahatları alınandan və ekspertizaların rəyi məlum olandan sonra hadisənin dəqiq başvermə səbəbləri məlum olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi