Aeroport yolunda gənc oğlanı avtobus vurub

Aeroport yolunda gənc oğlanı avtobus vurub Piyada yerüstü piyada keçidindən istifadə etməyib
Hadisə
11 Yanvar , 2018 03:02
Aeroport yolunda gənc oğlanı avtobus vurub
Report

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda hava limanı istiqamətində gedən yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində piyadanı avtobus vurub.

"Report"xəbər verir ki, 17 yaşlı Vəliyev Vüsal Taryel oğlu sürət həddi 120 km/saat olan yolda yerüstü piyada keçidindən istifadə etməyərək, piyadalar üçün müəyyən edilməmiş yerdən keçib.

Nəticədə özəl şirkətlərin birinə məxsus "Hyundai" markalı sərnişin avtobusu onu vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi