Aeroport yolunda 16 yaşlı oğlanı maşın vurub

Aeroport yolunda 16 yaşlı oğlanı maşın vurub Yaralının vəziyyəti ağırdır
Hadisə
2 Sentyabr , 2017 08:44
Aeroport yolunda 16 yaşlı oğlanı maşın vurub
Foto: Report.az

Bakı. 2 sentyabr. REPORT.AZ/ Hava limanına gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 2001-ci il təvəllüdlü Kazımov Emin Polad oğlu yolun Bülbülə qəsəbəsinə ayrılan hissəsində yerüstü piyada keçidindən istifadə etmədən qarşı tərəfə keçərkən onu maşın vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Sürücü Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi