Bakı. 6 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1983-cü il təvəllüdlü Əzimova Güllüqız Səxavət qızı sürət həddi 120 km/saat olan hava limanı yolunu piyadalar üçün müəyyən edilməmiş hissədən keçən zaman onu "Kia" markalı maşın vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub.