Yuxarı

ADU: Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub, amma müəllim kimi işində qalır

Bakı. 12 fevral. REPORT.AZ/ “Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub”.

Bunu “Report”a açıqlamasında universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib.

O, V.Ağabəylinin müəllim kimi Dillər Universitetində çalışdığını əlavə edib.

“Yəni, o, işdən çıxmayıb. Onun işdən çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Sadəcə olaraq, dekan vəzifəsindən çıxarılıb. Yarımştat müəllim kimi fəaliyyətini davam etdirir”, - A.Cəfərli bildirib.

Səid Qərib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi