ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi avtomobil qəzasında ölüb.
Bu barədə “Report”a kollecdən bildirilib.
Məlumata görə, kollecin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avtomobil qəzası nəticəsində həyatını itirib.
Kollec rəhbərliyi tələbənin vəfatından məyusluğunu bildirib, ailəsinə səbir arzulayıb.