Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı vəfat edib.
“Report”un məlumatına görə, universitetin Coğrafiya və Çağırışaqədər Hazırlıq fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri Fərrux Həsənli dünyasını dəyişib.
Qeyd edək ki, F.Həsənli 1947-ci il martın 20-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Arbat kəndində anadan olub. 1968-ci ildə V.İ.Lenin adına APİ-nin Coğrafiya fakültəsinə daxil olub. 1972-ci ali təhsilini başa vurub. 2000-ci ildə ADPU-də baş müəllim vəzifəsində işə başlayıb. 2009-cu ildən dosent kimi pedaqoji fəaliyyətini davam etdirib. 2011-ci ildən Ümumi coğrafiya kafedrasının müdiri idi. 3 dərs vəsaitinin, 4 proqramın, 1 metodik vəsaitin, 39 elmi məqalə və tezisin müəllifidir.