Pedaqoji Universitetin dam örtüyünün uçması ilə bağlı rəsmi açıqlama verilib

Pedaqoji Universitetin dam örtüyünün uçması ilə bağlı rəsmi açıqlama verilib Mənsur İbrahimov: "Hazırda ərazidə lazımi işlər həyata keçirilir"
Hadisə
23 Fevral , 2015 12:41
Pedaqoji Universitetin dam örtüyünün uçması ilə bağlı rəsmi açıqlama verilib

Bakı. 23 fevral. REPORT.AZ/ "Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Üzeyir Hacıbəyli küç. 68 ünvanında yerləşən əsas tədris binasında güclü külək nəticəsində dam örtüyü uçub. Hadisə ilə əlaqədar ADPU-nun rəhbərliyi tərəfindən dərhal müvafiq təşkilatlara məlumat verilib". Bu barədə "Report"a ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə lazımi işlər həyata keçirilir: "Orada səliqə-sahman yaradılır. Qeyd edim ki, hadisə ilə əlaqədar xəsarət alan olmayıb". 

Son xəbərlər

Orphus sistemi