Yuxarı
    Bağlamaq

    ADNSU-nun professoru vəfat edib

    İsrayıl Əfəndiyev 72 yaşında dünyasını dəyişib

    Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) keçmiş prorektoru, professor İsrayıl Əfəndiyev vəfat edib.

    "Report"un məlumatına görə, o, 72 yaşında dünyasını dəyişib. 

    İ.Əfəndiyev ADNSU-nun İdarəetmə və sistemlər mühəndisliyi kafedrasının professoru idi. 

    Qeyd edək ki, Əfəndiyev İsrayıl Rüstəm oğlu 1945-ci il mart ayının 29- da Qazax rayonunun Sadıxlı kəndində anadan olub. O, 1969- cu ildə ADNSU-nu “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirib və həmin ildən etibarən universitetdə işləməyə başlayıb. 1988- ci ildən professordur. İ.Əfəndiyev ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri olub. 1993- 1997- ci illərdə ADNSU- nun elmi hissə üzrə prorektoru vəzifəsində işləyib və 1995- ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılan “İdarəetmə Proseslərinin Avtomatlaşdırılması” Elmi-Tədqiqat İnstitutunun direktoru olub.

    Professor İ.Əfəndiyevin aldığı elmi nəticələr əsasında Azərbaycanın neftçıxarma, neftemalı və neftkimya sənaye sahələrində onlarla orijinal idarəetmə sistemləri və unikal avtomatlaşdırma vasitələri yaradılıb və tətbiq edilib.

    O, 1993- cü ildən Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” Elmi-Metodik Şurasının sədri, 2003-2009- cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “İnformatika və Energetika” elm sahələri üzrə Ekspert Şurasının üzvü və sədri, doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olub. 

    Professor həmçinin Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi işləyib. O, 2010- cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi