Yuxarı
    Bağlamaq

    ADB rəsmisi: “Manatla istiqrazların buraxılması KOS müəssisələrinin inkişafına şərait yaradacaq”

    Dinlə
    © Report/ Elchin Murad

    Bakı. 24 oktyabr. REPORT.AZ/ “Azərbaycan hökuməti ilə müzakirə etdiyimiz məsələlər arasında ictimai sektorla yanaşı, özəl sektorun inkişafı ilə bağlı məsələlər var”.

    "Report" xəbər verir ki, bunu Bakıya səfəri çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.

    V.Janq bildirib ki, manatla istiqrazların buraxılması kiçik və orta sahibkarlıq müəssisələrinin inkişafına şərait yaradacaq: "Hökumət qeyri-neft sektorunda daha əhəmiyyətli sektorları seçib onlara diqqəti daha da artırmalıdır. Biz istəyirik ki, Azərbaycan regional səviyyədə iqtisadi inteqrasiyanın əsas iştirakçılarından birinə çevrilsin".

    O qeyd edib ki, ADB Azərbaycanda innovasiya və yeni texnologiyalar sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır: "ADB hazırda 2030 strategiyası üzərində çalışır. Biz istəyirik ki, dəstək göstərdiyimiz ölkələrə öz ehtiyacına uyğun yardım edək. Azərbaycan ADB-nin yüksək-orta gəlirli ölkələr qrupuna daxildir. Düşünürəm ki, biz çoxsektorlu layihələrin reallaşmasına dəstək verməliyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi