Türkiyəli iş adamının Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində dindirilməsi istənilib

Türkiyəli iş adamının Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində dindirilməsi istənilib Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
14 Yanvar , 2019 15:12
Türkiyəli iş adamının Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində dindirilməsi istənilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Əbdüləzizin vəkili vəsatət qaldırıb. 

O, türkiyəli iş adamı Durdu Yıldırımın məhkəmədə şahid qismində ifadə verməsini istəyib. 

Təqsirləndirilən Ə.Əbdüləziz vəsatətin təmin edilməsini, D.Yıldırımın məhkəməyə çağırılmasının vacib olduğunu söyləyib: "Bu işdə bütün əsas şahidlər kənarda qalıb. Həmçinin rejissor Arif Qazıyev ortada yoxdur, Durdu Yıldırım da tapılmır. Bunlar necə olur? Buna görə xahiş edirəm ki, Durdu Yıldırımın məhkəmədə ifadə verməsi təmin olunsun". 

Vəsatət təmin edilməmiş saxlanılıb. 

Hakim deyib ki, D.Yıldırımın cinayət işi materiallarında ərizəsi var, ancaq bu ərizəni tərcümə etmək üçün tərcüməçi çağırılmalıdır. 

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycanın televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

Son xəbərlər

Orphus sistemi